Yazını böyüt
Yazını kiçilt
Son 24 saat ərzində Qırğızıstanda COVID-19 koronavirusuna yoluxanların sayı 38 nəfər artaraq 377-yə çatıb.
Hafta.az Qırğızıstan Respublika Qərargahına istinadla xəbər verir ki, virusa yeni yoluxanların 12-si tibb işçiləridir. Beləliklə tibb personalından virusa yoluxanların sayı 63-ə çatıb.
Bildirilir ki, indiyədək 5 adam dünyasını dəyişib, 44 xəstə sağalaraq evə buraxılıb, ağır vəziyyət olan 11 xəstədən 5-i reanimasiya şöbəsindədir.